“Bütün komanda bir yumruq kimi birləşib” - Reynhard Qrindel

“Bütün komanda bir yumruq kimi birləşib” - Reynhard Qrindel
07-10-2017 / 15:08 DÇ-2018
402

“Komandamı dünya çempionatına çıxması münasibətilə təbrik etdim”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel məxsusdu.

 

Mundiala vəsiqəni təmin edən almanlar DÇ-2018-in seçmə mərhələsindəki son matçlarında Azərbaycan yığmasını qəbul edəcəklər.

 

Oyundan əvvəlki mətbuat konfransında Qrindel də iştirak edib. O, komandasının dünya çempionatına vəsiqəsindən danışıb: “Futbolçularımız gözəl çıxış edirlər, düşərgədə ab-hava əladı. Onlar təkcə dincəlmir, daim üzərlərində işləyirlər. Bütün komanda bir yumruq kimi birləşib. Bizim qarşıda yoxlama görüşlərimiz olacaq. Rusiyadakı dünya çempionatı öncəsi insanlar arasında birlik yaratmaq istəyirik. Mayın 7-də Moskvada azarkeşlərimizlə görüşümüz olacaq. Onlara bütün planlarımızı əvvəlcədən göstərəcəyik. Hansı qrupda oynamağımız, rəqiblərimizin kimliyi və harda qalacağımız da çox önəmlidi. Dünya çempionatı təkcə futbol oyunu deyil”.