“Baltika kuboku”nda 22-ci

“Baltika kuboku”nda 22-ci
07-10-2017 / 16:40 DİGƏR NÖVLƏR
334

Azərbaycanın fiqurlu konkisürmə yarışlarındakı təmsilçisi Kim Çeremski növbəti yarışda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, 16 yaşlı milliləşən legioner “Baltika kuboku”nda çıxış edib.

 

İdmançımız 37 qadın idmançı arasında 22-ci yeri tutub. O, çıxışlarını 106,91 xalla başa vurub.

 

Qeyd edək ki, yarışın qalibi olan rusiyalı Alyona Kostornaya 197,91 xal toplayıb.