Ruslan Lunyov Dünya Kubokunun final mərhələsinə yollanır

Ruslan Lunyov Dünya Kubokunun final mərhələsinə yollanır
09-10-2017 / 11:42 DİGƏR NÖVLƏR
249

Oktyabrın 23-də Hindistanda güllə atıcılığı üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Yeni Dehlidə 7 gün davam edəcək yarışda Azərbaycan snayperi də hədəf önünə keçəcək.

 

Ölkəmizin idman şərəfini Ruslan Lunyov qoruyacaq. O, 25 m məsafədən atəşaçma yarışlarında dəqiqliyini yoxlayacaq.

 

Final mərhələsinə isə ümumilikdə 45 ölkədən 162 idmançı qatılacaq.