Gimnastımız İspaniyada üçüncü oldu

Gimnastımız İspaniyada üçüncü oldu
09-10-2017 / 18:03 DİGƏR NÖVLƏR
273

İspaniyanın Valyadolid şəhərində batut gimnastikası üzrə Dünya Kuboku keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan millisi də iştirak edib.

 

Portuqaliyada Dünya Kubokunun sahibi Mixail Malkin bu turnirdə də uğurlu çıxışı ilə yadda qalıb. Gimnastımızın tamblinq cığırındakı icrasının hakimlər tərəfindən 70.900 xalla dəyərləndirilməsi, ona yarışların bürünc medalını qazandırıb.

 

Qeyd edək ki, turnirdə onunla yanaşı, Svetlana Makştaryova, Veronika Zemlyanaya, İlya Qrişunin, Oleq Piunov və Ruslan Ağamirov da mübarizə aparıblar.