Qəbələlilər hamını qabaqladı - FOTOSESSİYA

Qəbələlilər hamını qabaqladı - FOTOSESSİYA
09-10-2017 / 21:39 DÖYÜŞ NÖVLƏRİ
465

İsmayıllıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları işrirak edir.

 

2004-2006-cı il təvəllüdlü oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparıblar. Daha çox medal qazanan Qəbələ cüdoçuları 1-ci yeri tutublar.

 

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.