Yığmamızın kapitanı yeni komandasına qoşuldu - FOTO

Yığmamızın kapitanı yeni komandasına qoşuldu - FOTO
10-10-2017 / 10:28 TOP OYUNLARI
950

Azərbaycan millisinin voleybolçusu Odina Bayramova yeni komandasına qoşulub. Apasport.az saytının məlumatına görə, Avropa çempionatından sonra qısa istirahət edən yığmamızın kapitanı artıq Türkiyənin “Seramiksan” klubunun düşərgəsindədi.

 

Bayramovaya ilə yanaşı, komandanın digər yeni transferi, Bakıda Avro-2017-nin qalibi olan serbiyalı Tiyana Maleşeviç də türklərlə birgə məşqlərə başlayıb.

 

Bayramova “Seramiksan”da nömrə seçimini də edib. O, 15 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Türkiyə Sultanlar Liqası oktyabrın 18-də başlayacaq.