Yığmamız startda darmadağın oldu - YENİLƏNİB

Yığmamız startda darmadağın oldu - YENİLƏNİB
10-10-2017 / 18:41 FUTBOL
1801

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin XI qrupunda oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı qrupun qarşılaşmaları Bolqarıstanda keçirilir.

 

Qrupun ilk görüşündə yığmamız İrlandiya ilə qarşılaşıb. Mirbağır İsayevin yetirmələrinin ilk sınağı Qorna Orexovitsa şəhərinin “Lokomotiv” stadionunda baş tutub.

 

Komandamız İrlandiyanın U-17 yığması ilə qarşılaşıb. Görüş futbolçularımız üçün darmadağınla başa çatıb. Rəqib millimizi 6:0 hesabı ilə məğlub edib.

 

Qrupun digər matçında isə Bolqarıstanla Ukrayna üz-üzə gələcək. Bu komandaların dueli saat 19:30-da başlayacaq.

 

Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksələcək.

 

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

XI tur

I tur, 10 oktyabr

İrlandiya – Azərbaycan - 6:0

Qollar: Adam İdah, 6, 24, 58; Sean Brennan, 36; Maks Morfi, 38; Tireyk Vriqt, 43

Qorna Orexovitsa. “Lokomotiv” stadionu