Premyer Liqa: 3 gündə 4 oyun

Premyer Liqa: 3 gündə 4 oyun
10-10-2017 / 17:16 FUTBOL
285

Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşıb. Apasport.az saytının məlumatına görə, ikinci dövrənin ilk turunun matçları 3 gün ərzində baş tutacaq.

 

İlk oyun oktyabrın 13-də “İnter”lə “Qarabağ” arasında keçiriləcək. Ertəsi gün “Sumqayıt” “Qəbələ”ni, “Zirə” isə “Kəpəz”i qəbul edəcək.

 

Oktyabrın 15-də isə “Neftçi” “Səbail”lə səfərdə üz-üzə gələcək.
 

Premyer Liqa

VIII tur
 

13 oktyabr (cümə)
15:30. “İnter” – “Qarabağ”
“İnter Arena”

14 oktyabr (şənbə)
16:00. “Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu
 

18:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”

15 oktyabr (bazar)
18:30. “Səbail” – “Neftçi”
“Dalğa Arena”


Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.