"Liverpul"a bəd xəbər

10-10-2017 / 20:32 FUTBOL
559

İngiltərənin "Liverpul" klubu bəd xəbər alıb. Apasport.az saytı xəbər verir ki, "mersisaydılar"ın aparıcı üzvlərindən olan Sadio Mane zədələnib.

 

25 yaşlı hücumçu Seneqal yığmasının heyətində sıradan çıxıb. Belə ki, Mane DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kabo-Verde (2:0) ilə qarşılaşmada zədələnib. Nəticədə futbolçu 89-cu dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

 

Tibbi müayinədən keçən Manenin 1 ay yarım yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.  

 

Qeyd edək ki, ötən ildən "Liverpul"un formasını geyinən Sadio Mane 2012-ci ildən Seneqal yığmasının şərəfini qoruyur.