"Qolları təkcə Vardi vurmalı deyil" - baş məşqçi

10-10-2017 / 21:12 FUTBOL
603

"Lester"in baş məşqçisi Kreyq Şekspir maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, İngiltərə klubunun çalışdırıcısı yetirmələrinin Ceymi Vardinin işini azaltmalı olduqlarını bildirib.

 

Belə ki, təcrübəli mütəxəssis komandanın qollarını yalnız Vardinin vurmalı olmadığını qeyd edib: "Hər məşqçi istəyər ki, mərkəz hücumçusu mövsüm ərzində azı 20 qola imza atsın. Amma 1 mövsümdə 10 qol vuran yarımmüdafiəçilərə yiyələnmək də əla olardı. Düzdü, Vardi qollar vurur, lakin mən digər futbolçuların da rəqib qapısına yol tapmalarını istəyirəm. Qolları təkcə Vardi vurmalı deyil".

 

Qeyd edək ki, Ceymi Vardi cari mövsümdə "Lester"in heyətində 6 oyunda 5 qola imza atıb.