"Qarabağ"ın futbolçusu 6 qolluq oyunda iştirak etdi

10-10-2017 / 23:14 FUTBOL
710

"Qarabağ"ın futbolçusu Vild-Donald Gerryenin şərəfini qoruduğu Haiti yığması yoldaşlıq matçı keçirib. Apasport.az saytı xəbər verir ki, kollektiv Yaponiya ilə oyunda gücünü yoxlayıb.

 

Qarşılaşma 3:3 hesabı ilə nəticələnib.

 

Gerrye də bu görüşün iştirakçısı olub. Belə ki, start heyətində yer almayan yarımmüdafiəçi 86-cı dəqiqədə meydana çıxıb.

 

Qeyd edək ki, Gerrye "Qarabağ"ın heyətinə bu yay cəlb olunub.