Ən zəif bənd - Slovakiya

Ən zəif bənd - Slovakiya
11-10-2017 / 01:14 FUTBOL
1424

DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin iştirakçıları bəlli olub. Apasport.az saytı xəbər verir ki, 9 qrup ikincisi arasında ən zəif nəticəyə Slovakiya yığması imza atıb.

 

Pley-offa ən yaxşı nəticə ilə mundiala birbaşa yollanmaq şansını son anda itirən İsveçrə millisi adlayıb. Onlarla yanaşı, İtaliya, Danimarka, Xorvatiya, İsveç, Şimali İrlandiya, Yunanıstan və İrlandiya yığmaları da bu mərhələdə mübarizə aparacaqlar.

 

Slovakiya isə yekun nəticəyə görə adıçəkilən komandalardan geri qaldığından, dünya çempionatından final mərhələsinə çıxmaq şansını itirib.