Messi Argentinanı mundiala daşıdı, Çili kənarda qaldı

Messi Argentinanı mundiala daşıdı, Çili kənarda qaldı
11-10-2017 / 09:24 DÇ-2018
2664

DÇ-2018-in Cənubi Amerika zonasında seçmə mərhələyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Braziliyadan sonra daha 3 komanda Rusiyada keçiriləcək mundiala vəsiqə qazanıb.

 

Ən çox maraq doğuran oyun Argentina ilə Ekvador arasında baş tutub. Kapitan Lionel Messi het-trikə imza ataraq, “tanqoçular”ı dünya çempionatına daşıyıb. Argentinaya Uruqvay və Kolumbiya da yoldaş olub.

 

Braziliyaya məğlub olan Çili kənarda qalıbsa, 5-ci yeri tutan Peru pley-offda Yeni Zelandiya ilə üz-üzə gəlmək şansı əldə edib.

 

 

DÇ-2018

Cənubi Amerika zonası, seçmə mərhələ

XVIII tur

 

Braziliya – Çili – 3:0

Qollar: Paulinyo, 57; Qabriel Jezuş, 57, 90+3

 

Ekvador – Argentina – 1:3

Qollar: İbarra, 1 – Messi, 12, 20, 62

 

Paraqvay – Venesuela – 0:1

Qol: Errera, 84

 

Peru – Kolumbiya – 1:1

Qollar: Gerrero, 76 – Hames Rodriges, 56

 

Uruqvay – Boliviya – 4:2

Qollar: Kaseres, 39; Kavani, 42; Luis Suares, 60, 76 – Silva, 24 (avtoqol); Qodin, 79 (avtoqol)

 

1.

Braziliya

18

12

5

1

41-11

41

2.

Uruqvay

18

9

4

5

32-20

31

3.

Argentina

18

7

7

4

19-16

28

4.

Kolumbiya

18

7

6

5

21-19

27

5.

Peru

18

7

5

6

27-26

26

6.

Çili

18

8

2

8

26-27

26

7.

Paraqvay

18

7

3

8

19-25

24

8.

Ekvador

18

6

2

10

26-29

20

9.

Boliviya

18

4

2

12

16-38

14

10.

Venesuela

18

2

6

10

19-35

12