İsmayıllı cüdoçular ilk pillədə - FOTOSESSİYA

İsmayıllı cüdoçular ilk pillədə - FOTOSESSİYA
11-10-2017 / 09:36 DÖYÜŞ NÖVLƏRİ
434

İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

 

2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində İsmayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

 

Qeyd edək ki, Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.