Panama da mundiala yollanır

Panama da mundiala yollanır
11-10-2017 / 09:45 FUTBOL
466

DÇ-2018-in final mərhələsinə daha bir vəsiqənin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Panama millisi mundiala yüksəlib.

 

Buna KONKAKAF zonasında 5-ci seçmə mərhələnin yekunları səbəb olub. Son turda Kosta-Rikanı 2:1 hesabı ilə məğlub edən panamalılar 3-cü yeri tutub. Onlar Meksika və Kosta-Rikanın ardından DÇ-yə yüksəliblər.

 

4-cü olan Honduras isə pley-offa yüksəlib. Son turda autsayder Trinidad və Tobaqoya uduzan ABŞ yığması isə seçmə mərhələni adlaya bilməyib.

 

Qeyd edək ki, Panama Rusiyada keçiriləcək yarışa vəsiqə qazanan 23-cü komanda olub. Bunadək 22 yığma DÇ-yə yüksəlmişdi. Mundialda iştirakı dəqiqləşən komandalar Rusiya (meydan sahibi), Braziliya, Uruqvay, Argentina, Kolumbiya (Cənubi Amerika), Meksika, Kosta-Rika, Panama (Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı (Asiya), Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, İslandiya, Serbiya, Portuqaliya, Fransa (Avropa), Nigeriya, Misir (Afrika) milliləridi.