Qitələrarası pley-off cütləri müəyyənləşdi

Qitələrarası pley-off cütləri müəyyənləşdi
11-10-2017 / 09:58 FUTBOL
925

DÇ-2018-in final mərhələsinə vəsiqələr uğrunda baş tutacaq qitələrarası pley-offun cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2 vəsiqə fərqli qitələrin təmsilçilərinin duelində sahibini tapacaq.

 

KONKAKAF-ın 4-cüsü olan Honduras Asiyanın 5-cisi Avstraliya ilə üz-üzə gələcək. Okeaniyanın ən yaxşısı Yeni Zelandiya isə Cənubi Amerikanın 5-cisi Peru ilə görüşəcək.

 

Bu mərhələnin ilk matçları noyabrın 6-da, cavab qarşılaşmaları 14-də baş tutacaq.