Həyat yoldaşından Messiyə: Sən buna hamıdan çox layiqsən

Həyat yoldaşından Messiyə: Sən buna hamıdan çox layiqsən
11-10-2017 / 10:48 FUTBOL
626

“Dünya çempionatına vəsiqə qazanmamaq təkcə mənim üçün yox, bütün Argentina üçün dəlilik olardı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Argentina yığmasının futbolçusu Lionel Messi deyib.

 

DÇ-2018-in seçmə mərhələsinin son turunda Ekvadorla qarşılaşan argentinalılar 3:1 hesablı qələbə qazanıblar. Nəticədə komanda mundialın final mərhələsinə vəsiqəni təmin edib.

 

Ekvadorla oyunda het-trikə imza atan Messi fikirlərini bildirib. O, dünya çempionatında iştirak etməyə layiq olduqlarını vurğulayıb: “Qorxurduq ki, birdən turnirə gedə bilmərik. Amma komanda öz məqsədinə çatdı. Əslində bu vəziyyətə düşməyi haqq etmirdik. Bizim üçün vacib gün idi. Mundiala vəsiqəni əvvəlcədən də əldə etməyə layiq idik”.

 

Messinin həyat yoldaşı Antonella Rokutso isə sosial şəbəkədə status paylaşıb: “Ərimlə fəxr edirəm. Bunu bacaracaqlarına heç kim şübhə etmirdi. Messi, sən buna hamıdan çox layiqsən”.