“Bunların bəhrəsini Azərbaycanla matçdakı məhsuldarlıqda gördük”

“Bunların bəhrəsini Azərbaycanla matçdakı məhsuldarlıqda gördük”
11-10-2017 / 11:29 FUTBOL
583

“Futbolçularımız son bir həftə boyu səylə bu turnirə hazırlaşmışdı. Onlar çox iddialı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İrlandiyanın U-17 yığmasının baş məşqçisi Kolin Obrayen deyib.

 

O, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunundakı 6:0 hesablı qələbəyə şərh verib: “Bütün bunların bəhrəsini Azərbaycanla matçdakı məhsuldarlıqda gördük. Yaratdığımız qol imkanlarından istifadə etdik. Bu matçda istədiyimiz kimi davrana bildik. İlk üç qolla artıq matçın taleyini həll etmişdik. Bu da bizi hədəfimizə yaxınlaşdırdı. İndi qüvvəmizi bərpa etməli və Bolqarıstanla oyuna köklənməliyik”.

 

Qeyd edək ki, Bolqarıstanda keçirilən qrup oyunlarının ilk turunda 0:6 hesabı ilə uduzan yığmamızın ikinci rəqibi Ukrayna olacaq.