Robert Prosineçki danışsa...

Robert Prosineçki danışsa...
11-10-2017 / 12:57 FUTBOL
872

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki haqda Sloveniya mətbuatında maraqlı yazı dərc olunub. Apasport.az saytı xəbər verir ki, bu ölkənin millisini çalışdırmağa namizəd olan xorvatiyalı çalışdırıcı həmkarlarımızın suallarından əvvəlcə yayınmaq istəyib.

 

Belə ki, sloveniyalı jurnalistlərin ilk zənginə “10 dəqiqə sonra sizə yığaram” cavabını verən Prosineçki növbəti cəhddə avtomobil idarə etdiyini əsas gətirərək, yenə danışmaqdan boyun qaçırıb: “Mənə daha bir neçə dəqiqə vaxt verin, hazırda maşın sürürəm. Bu halda telefonla danışa bilmərəm, yol polisi məni saxlayar”.

 

Həmkarımız, nəhayət, üçüncü cəhddə Prosineçki ilə danışmağın mümkün olduğunu bildirib. 48 yaşlı çalışdırıcı bazar günü Azərbaycan yığması ilə seçmə mərhələnin son oyununa çıxdığını, hazırda isə Zaqrebdə olduğunu deyib: “Hələ bir neçə gün burda qalacam. Görüləsi işlərim var, onları həll etməliyəm. Sloveniyadan mənimlə heç kim əlaqə saxlamayıb”.

 

Qeyd edək ki, Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsində 10 xal toplayıb.