Çili yığmasında istefa

Çili yığmasında istefa
11-10-2017 / 13:52 FUTBOL
385

Çili yığması baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, Cənubi Amerika təmsilçisi Xuan Antonio Pizzi ilə yolları ayırıb.

 

Buna Çili millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaması səbəb olub.

 

Uğursuz nəticədən sonra argentinalı çalışdırıcı özü istefa verib və qərarının qəti olduğunu bildirib.

 

Qeyd edək ki, əvvəl “Valensiya”nı da çalışdırmış Xuan Antonio Pizzi ötən ildən Çili yığmasının “sükanı arxası”nda idi.