0:3, 0:4, 0:6... - Mirbağır İsayevlə

0:3, 0:4, 0:6...  - Mirbağır İsayevlə
11-10-2017 / 15:43 FUTBOL
972

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması xoşagəlməz seriya ilə üzləşib. Apasport.az saytının məlumatına görə, millimiz Mirbağır İsayevin rəhbərlik etdiyi matçlarda ardıcıl 4-cü dəfə böyük hesablı yenilgi alıb.

 

AVRO-2018-in ilk seçmə oyununda İrlandiyaya 0:6 hesabı ilə uduzan yığmamız bu mütəxəssislə keçirdiyi 2014/15 mövsümünü də darmadağınlarla bitirmişdi.

 

Həmin vaxt ilkin mərhələni keçən İsayev və yetirmələri elit-raunda yüksəlmişdi. Lakin komandamız sonradan buna da peşman olmuşdu.

 

Yığmamız Bakıda keçirilən oyunlarda Xorvatiyaya 0:4, Portuqaliyaya 0:3 və Serbiyaya 0:4 hesabı ilə yenilmişdi. 2 il yarım U-17 ilə rəsmi matça çıxmayan mütəxəssis ardıcıl 4-cü darmadağını bu dəfə Bolqarıstanda yaşayıb.