FİFA federasiyanın üzvlüyünü dayandırdı

FİFA federasiyanın üzvlüyünü dayandırdı
11-10-2017 / 17:02 FUTBOL
572

FİFA Pakistan Futbol Federasiyasının (PFF) üzvlüyünü dayandırıb. Apasport.az saytı xəbər verir ki, ali futbol qurumu bunu kənar təsirlərlə əlaqələndirib.

 

FİFA PFF rəhbərliyinə kənardan müdaxilə olunduğu barədə məlumat yayıb. Belə ki, ölkədə federasiya prezidenti məhkəmə tərəfindən təyin olunur: “Qurumun daxili problemlərinin kənardan müdaxilə olmadan, müstəqil şəkildə həll edilməməsi qanuna zid və FİFA-nın statusunu pozmaqdı”.

 

Beləliklə, Pakistanın yığmaları və klubları beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəklər. Rəhbərlikdə dəyişiklik edilməyənə qədər bu qərar qüvvədə qalacaq.