DÇ-2018: Qrup ikincilərinin səbətləri məlumdu

DÇ-2018: Qrup ikincilərinin səbətləri məlumdu
11-10-2017 / 17:27 FUTBOL
873

Dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə pley-off mərhələsinin səbətlərinin tərkibinə aydınlıq gəlib. Apasport.az saytı UEFA-nın oktyabrın 16-da açıqlayacağı səbətlərlə bağlı araşdırma aparıb.

 

Öz qrupunda 2-ci yeri tutan 8 komanda həmin gün dərc olunacaq FİFA reytinqindəki mövqeyinə əsasən səbətlərə bölünəcək. İndidən bu yığmaların gözlənilən reytinq xalını müəyyənləşdirməklə səpələnmişlərin kimliyi ilə bağlı ehtimallar irəli sürmək mümkündü.

 

Araşdırmaların nəticələri göstərir ki, bu durumda ən yüksək əmsallı komanda İsveçrədi. İtaliya, Xorvatiya və Danimarka da daha yüksək reytinqlilərin səbətində yer alıb.

 

Bu “dördlük” nisbətən zəiflərlə qarşılaşacaq. Burada İrlandiya, Şimali İrlandiya, İsveç və Yunanıstan yığmaları yer alıb.

 

Səpələnmişlər

İsveçrə - 1135

İtaliya - 1066

Xorvatiya - 1013

Danimarka – 1001

 

Səpələnməmişlər

Şimali İrlandiya - 889

İsveç - 872

İrlandiya - 866

Yunanıstan – 682

 

Avropa zonasında pley-offun püşkatması oktyabrın 17-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, pley-offun ilk görüşləri noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.