Futbolçuları aparan avtobus qəzaya düşdü: 8 nəfər yaralandı

Futbolçuları aparan avtobus qəzaya düşdü: 8 nəfər yaralandı
11-10-2017 / 23:01 FUTBOL
1026

Meksikada içi futbolçularla dolu olan avtobus qəzaya düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniyanın nüfuzlu AS nəşri xəbər yayıb.

 

Hadisə paytaxt Mexikodan Kuernavakau şəhərinə gedən yolda baş verib. “Renoresor de la Pyedad” komandasının oyunçularını “Alkones Morelos”la oyuna aparan avtobusun sürücüsü idarəetməni itirib. Tormoz sistemində problem yaranan maşın yoldan çıxaraq aşıb. Nəqliyyat vasitəsində olan 27 futbolçudan 8-i yaralanıb.

 

Onlardan 3-nün vəziyyəti ağırdır.

 

Qeyd edək ki, sözügedən komanda Meksikanın aşağı dəstələrindən birində çıxış edir.