Milli üzvü oynadı, komandası qalib gəldi

Milli üzvü oynadı, komandası qalib gəldi
12-10-2017 / 00:01 FUTBOL
467

İspaniya Sequndasında VIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda “Qranada”nı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Eddi 69-cu dəqiqədə meydana daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. 

 

Qeyd edək ki, 8 matçdan sonra aktivində 8 xal olan “Ximnastik” turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.