Filipe Luis “Qarabağ”a qarşı oynaya biləcək

Filipe Luis “Qarabağ”a qarşı oynaya biləcək
12-10-2017 / 10:11 FUTBOL
936

Çempionlar Liqasında növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək “Atletiko” şad xəbər alıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisinin iki futbolçusu zədəsini sağaldıb.

 

Söhbət Filipe Luis və Lukas Ernandesdən gedir. Hər iki müdafiəçi həftəsonu La Liqada “Barselona” ilə baş tutacaq oyunöncəsi sıraya dönüblər. Həm Luis, həm də Ernandes “Atletiko”nun dünənki məşqində iştirak ediblər. Onların “Barsa” ilə oktyabrın 14-də keçiriləcək qarşılaşmada oynamaq şansları var. Bu isə o deməkdi ki, Luis və Ernandes Bakıya gələcək heyətdə də yer alacaqlar. Bu xəbər “Barselona” və “Qarabağ”la matçlardan əvvəl baş məşqçi Dieqo Simeoneni sevindirib.

 

Filipe Luis zədəli olduğu üçün Braziliya yığmasının DÇ-2018-in seçmə mərhələsində Boliviya və Çili ilə keçirdiyi oyunları buraxmışdı.

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də, Bakı Olimpiya Stadionunda oynanılacaq.