“Beşiktaş”ın futbolçusu Neymarın anasını söyüb

“Beşiktaş”ın futbolçusu Neymarın anasını söyüb
12-10-2017 / 11:13 FUTBOL
672

DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirilən Braziliya – Çili oyununda yaşanan xoşagəlməz hal üzə çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “sambaçılar”ın qələbə qazandıqları (3:0) görüşdə Çilinin müdafiəçisi Qari Medelin rəqib hücumçu Neymarın ünvanına təhqiramiz ifadələr işlətdiyi ortaya çıxıb.

 

Belə ki, qarşılaşmanın gedişində “Beşiktaş”ın yeni transferi Medel həm Neymarı, həm də Braziliya millisinin baş məşqçisi Titeni ağır söyüşlərə “qonaq edib”. Bunu Tite özü də təsdiqləyib: “Medel Neymarın anasını və məni söydü. Ancaq biz bu təhqirlərə layiq deyilik. Əlbəttə ki, oyundan sonra Medelin yanına gedib, bu tip məsələlərdə diqqətli olmağı məsləhət gördüm”.

 

Qeyd edək ki, Braziliya yığması seçmə mərhələni birinci yerdə tamamlayaraq dünya çempionatına vəsiqə qazanıbsa, Çili mundialdan kənarda qalıb.