Paytaxtın ən güclüləri müəyyənləşir - FOTOSESSİYA

Paytaxtın ən güclüləri müəyyənləşir - FOTOSESSİYA
12-10-2017 / 14:24 DÖYÜŞ NÖVLƏRİ
441

Bu gün “Sərhədçi” İdman Olimpiya Kompleksində U-18 yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, paytaxt birinciliyinin ilk günündə 42 klubdan 331 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır.

 

Günün sonunda 46 kq, 50 kq, 55 kq və 60 kq çəki dərəcələrində bütün qaliblər müəyyənləşəcək.

 

Qeyd edək ki, Bakı şəhər birinciliyinə sabah yekun vurulacaq.