Rauf Əliyev siftə etdi

Rauf Əliyev siftə etdi
12-10-2017 / 18:01 FUTBOL
1788

Albaniya çempionatında V turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” komandası səfərdə “Luşnya” ilə qarşılaşıb.

 

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matç Rauf üçün düşərli olub. Belə ki, komandasının ikinci qoluna məhz Əliyev imza atıb. O, 60-cı dəqiqədə fərqlənərək, Albaniya çempionatında qol hesabını açıb.

 

Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə bu yay “İnter”dən keçib.