“İnter” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı

“İnter” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı
12-10-2017 / 18:05 FUTBOL
2067

Azərbaycan Premyer Liqasında VIII turun hakim təyinatları açıqlanıb. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, turun açılış matçı FİFA referisinə həvalə edilib.

 

Belə ki, “İnter” – “Qarabağ” oyununda Əliyar Ağayev ədalət təmsilçisi olacaq. Onunla yanaşı, bu tur Rəhim Həsənov, Rauf Cabbarov və Fariz Yusifov da baş hakim funksiyasını yerinə yetirəcək.
 

13 oktyabr (cümə)

15:30. “İnter” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“İnter Arena”



14 oktyabr (şənbə)
 

16:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa  Cabbarov
Zirə İdman Kompleksinin stadionu

 


18:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim  Xudiyev
Sumqayıt şəhər stadionu
 


15 oktyabr (bazar)

18:30. “Səbail” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Şahin Cəfərov
“Dalğa Arena”