“Portu”dan inanılmaz açıqlama: İtirə-itirə gedir

“Portu”dan inanılmaz açıqlama: İtirə-itirə gedir
12-10-2017 / 22:22 FUTBOL
1296

Portuqaliyanın ən məşhur klublarından biri “Portu” maraqlı açıqlama yayımlayıb. Apasport.az saytının məlumatına görə, komanda 2016/17 mövsümündə 35.3 milyon avro ziyana uğradığını elan edib.

 

Son illər müntəzəm olaraq Avrokuboklarda çıxış edən və xüsusilə də satdığı oyunçularla məşhur olan klubun bu açıqlaması təəccüblə qarşılanıb.

 

Maraqlıdır ki, “Portu” ötən mövsümü də ziyanla başa vurmuşdu. Ardıcıl 4 ildir ki, ölkəsində çempionluğa həsrət qalan komanda ötən mövsümü 58.4 milyon zərərlə başa vurmuşdu.