“Dallas”dan Azərbaycan yığmasına?

“Dallas”dan Azərbaycan yığmasına?
13-10-2017 / 10:36 FUTBOL
1737

Türkiyəli mütəxəssis Engin Fırat Azərbaycan millisinin “sükanı arxası”na keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Apasport.az-ın ajansspor.com saytına istinadən məlumatına görə, Fırat Türkiyə KİV-nin bu iddiasının əsassız olduğunu söyləyib.

 

Hazırda ABŞ-ın “Dallas” klubunu çalışdıran 47 yaşlı məşqçi Azərbaycan yığmasından təklif almadığını deyib: “Hazırda “Dallas”da işləyirəm. Ancaq burdan ayrılacam. Qısa zamanda yeni komanda tapmaq istəyirəm. Hazırda danışıq apardığım klublar var. Həmçinin, milli komandalarla da münasibətlər var. Doğrudu, Moldova və Kosovodan rəsmi təklif almışam. Lakin Azərbaycandan heç bir təklif yoxdu. Bu iddia həqiqətə uyğun deyil. Hədəflərim arasında Çin çempionatı da var”.

 

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin müqavilə müddəti bu ilin sonuna qədərdi.