7 rayonun komandası Qubaya toplaşdı - FOTOSESSİYA

7 rayonun komandası Qubaya toplaşdı  - FOTOSESSİYA
13-10-2017 / 10:38 DÖYÜŞ NÖVLƏRİ
678

Cüdo üzrə bölgə birinciliyi yarışları bu dəfə Qubada davam etdirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Xızı və Abşeron rayonlarının yeniyetmə idmançıları iştirak edirlər.

 

Birincilikdə iki yaş qrupu üzrə oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparırlar. Yarışların açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Şimal - Şərq bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. İlk yarış gününün qaliblərinə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.