Qabırğası qırıldı, 15 gün sonra məşqə başladı

Qabırğası qırıldı, 15 gün sonra məşqə başladı
13-10-2017 / 12:21 FUTBOL
370

“Mançester Siti”nin hücumçusu Serxio Aquero gözlənilmədən məşqlərə başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu argentinalı forvard özü sosial şəbəkə vasitəsilə yayıb.

 

Sentyabrın 29-da kolumbiyalı müğənni Malumanın konserti üçün Hollandiyaya gedən futbolçu qayıdarkən qəza törətmiş və qabırğası qırılmışdı. Həkimlər onun 2 aydan sonra dönəcəyini bildirsələr də, Aquero cəmi 15 gün fasilənin ardından kollektivə qoşulub.

 

Qeyd edək ki, 2011-12 mövsümündən “Mançester Siti”nin formasını geyinən Serxio Aquero aktivinə 176 qol yazdırıb. 29 yaşlı oyunçu daha 2 qol vuracağı təqdirdə, “Mançester Siti”nin ən məhsuldar oyunçusu kimi tarixə düşəcək.