Qeyri-futbol ölkələrinə həsədlə baxan milli

Qeyri-futbol ölkələrinə həsədlə baxan milli
13-10-2017 / 12:28 FUTBOL
3734

FİFA-nın milli komandalar üçün reytinq cədvəlinin təxmini versiyası açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 16-da rəsmən dərc olunacaq cədvəllə bağlı proqnozlar ciddi dəyişikliklər vəd edir.

 

Bu dəyişikliklərin səbəbi DÇ-2018-in sentyabrda baş tutan seçmə oyunlarıdı. Təxmini siyahını ötən ayın cədvəli ilə müqayisə etsək, Azərbaycan 23 pillə geriləyib.

 

Sentyabrda 92-ci olan Robert Prosineçkinin yetirmələri 115-ci pilləyə yuvarlanıb. Yığmamızın uçuruma düşməsi ciddi xal itkisindən irəli gəlib. Sentyabrda aktivində 388 xal olan milli indi cəmi 273 xala malikdi. İtirilən 115 xal da 23 pilləlik enişi qaçılmaz edib.

 

Belə uğursuzluq Çexiyaya evdə 1:2, Almaniyaya səfərdə 1:5 hesabı ilə uduzmağımızla bağlıdı. İki yenilgi ilk “yüzlük”dən kənar qalmağımızla nəticələnib.

 

İş o yerə çatıb ki, yığmamız Mozambik, Nikaraqua, Sent-Kitts və Nevis, Mavritaniya, Livan və Hindistan kimi qeyri-futbol ölkələrindən də geri düşüb.

 

Millimiz və “qonşular”ı

111 (108). Mozambik – 299

112 (128). Yəmən – 297

113 (110). İordaniya – 281

114 (136). Türkmənistan - 279

115 (92). Azərbaycan – 273

116 (123). Filippin – 272

117 (116). Malavi – 271

118 (118). Ruanda – 268

119 (127). MAR – 266

 

Təxmini siyahıda dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. İsveçrə və Kolumbiya buranı tərk edib. İspaniya “Top-10”a qayıdıbsa, Peru da gözlənilmədən nəhənglərə qoşulub. Almaniyanın lideri olduğu siyahıda Fransa 1 pillə irəliləyib, digərləri mövqeyini qoruyub.

 

İlk “onluq”

1 (1). Almaniya – 1631

2 (2). Braziliya – 1619

3 (3). Portuqaliya – 1446

4 (4). Argentina – 1445

5 (5). Belçika – 1333

6 (6). Polşa - 1323

7 (8). Fransa – 1226

8 (11). İspaniya - 1218

9 (9). Çili – 1173

10 (12). Peru - 1160

 

Millimizin DÇ-2018-in artıq başa çatan seçmə mərhələsindəki rəqiblərindən yalnız Almaniya və San Marinonun mövqeyi təxmini siyahıda da dəyişməzdi. Şimali İrlandiya 3 pillə geriləyibsə, Norveç 15, Çexiya 12 pillə irəliləyib.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

1 (1). Almaniya – 1631

23 (20). Şimali İrlandiya - 889

46 (58). Çexiya - 699

58 (73). Norveç - 620

204 (204). San-Marino – 10

 

Qonşu Türkiyə yığması 33-cü yerdən 39-cuya yuvarlanıb. “Ay-ulduzlular”ın ehtimallar cədvəlində 807 xalı var.

 

Qeyd edək ki, FİFA-nın rəsmi reytinq siyahısı oktyabrın 16-da açıqlanacaq.