“İnter”in məşqçisi: Cəmi 12 nəfərlə hazırlaşmışdıq

“İnter”in məşqçisi: Cəmi 12 nəfərlə hazırlaşmışdıq
13-10-2017 / 17:53 FUTBOL
383

“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter”in köməkçi məşqçisi Zaur İsmayılova məxsusdu.

 

Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

 

Bakılıların baş məşqçisi Zaur Svanadze həyat yoldaşının vəfatı ilə əlaqədar mətbuat konfransında iştirak etməyib. Onu əvəz edən İsmayılov fikrini bu sözlərlə davam etdirib: “Bilirdik ki, çətin olacaq. Heyətimizdə bir neçə itki var idi. Cəmi 12 nəfərlə məşq etmişdik. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər, bacardıqları qədər mübarizə apardılar”.