“Azərbaycanda idmançılar qadağan olunmuş preparatlardan istifadə edirlər” - FOTO

“Azərbaycanda idmançılar qadağan olunmuş preparatlardan istifadə edirlər” - FOTO
17-10-2017 / 14:48 ATLETİKA
1014

“Yaponiyada 6-7 il işlədim. Oradakılar çox intizamlı və zəhmətsevərdilər”. Apasport.az saytının məlumatına görə, bunu ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Yanko Rusev deyib.

 

Olimpiya çempionu Bolqarıstanda verdiyi müsahibəsində baş məşqçi işlədiyi ölkələri müqayisə edib. O bildirib ki, Yaponiya və Azərbaycan idmançıları arasında ciddi fərq var: “Yaponiyadan xoşum gəldi, ona görə orda çox qaldım. Sonra Bolqarıstana qayıtdım. 2 il millinin böyük məşqçisi oldum və Atlanta-1996-da 2 medal qazandıq. Ardınca Azərbaycana getdim. Orda dünya çempionatının 2 medalını əldə etdik. Bu ölkədə 2 il çalışdım. Amma Azərbaycanda işləmək daha çətin idi. Orda idmançılar çox intizamsızdılar. Hamısı qadağan olunmuş preparatlardan istifadə edirlər. Günahkar kimdi? Baş məşqçi. Buna görə də mən ordan ayrıldım”.

 

Qeyd edək ki, Rusev 2009-2011-ci illərdə millimizdə işləyib.