İspaniya mundialda geyinəcəyi formanı təqdim etdi - FOTO

İspaniya mundialda geyinəcəyi formanı təqdim etdi - FOTO
06-11-2017 / 16:39 DÇ-2018
593

Almaniyadan sonra daha bir yığma komandanın dünya çempionatında geyinəcəyi forma müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya millisinin Rusiyadakı mundialda istifadə edəcəyi forma təqdim edilib.

 

Maraqlıdı ki, almanlar kimi, ispanların da sponsoru “Adidas” firmasıdı. Forma “buğalar”ın 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatındakı geyim dəstinə çox bənzəyir.

 

Qırmızı, sarı rənglərdən istifadə edilən və dinamik qrafikdə hazırlanan formanın sağ tərəfindəki zolaq sürət və yüksək enerjini təsvir edir. Qapıçılar üçün nəzərdə tutulan forma isə mavi rəngdədi.