Yığmamızın şahmatçısı tarixə düşdü

Yığmamızın şahmatçısı tarixə düşdü
07-11-2017 / 09:46 STOLÜSTÜ OYUNLAR
677

Azərbaycan millisinin şahmatçısı Arkadi Naydiç tarixə düşüb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı qrossmeyster komandamızla Yunanıstanda Avropa çempionu tituluna yiyələnməklə buna nail olub.

 

Belə ki, Latviya əsilli şahmatçı Avropa çempionatı tarixində 2 ölkənin heyətində qızıl medal qazanan ilk şahmatçı olub. Maraqlıdı ki, o, bu çempionluqların heç birini doğma komandası ilə qazanmayıb. 6 il öncə Almaniya millisinin heyətində Avropanın ən güclüsü olan milliləşdirilmiş Naydiç ikinci uğuruna Azərbaycan yığması ilə imza atıb.