Azərbaycanın çempionluğu rusiyalı şahmatçıların mübahisəsinə səbəb oldu

Azərbaycanın çempionluğu rusiyalı şahmatçıların mübahisəsinə səbəb oldu
08-11-2017 / 10:29 STOLÜSTÜ OYUNLAR
743

Rusiya millisinin şahmatçısı Sergey Karyakinin sosial şəbəkədə paylaşımı birmənalı qarşılanmayıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, ukraynalı qrossmeysterin Avropa çempionatının yekunu ilə bağlı tvitter səhifəsində yazdığı fikirlər komanda yoldaşı Yan Nepomnyaşinin tənqidinə səbəb olub.

 

Belə ki, Karyakin Azərbaycan millisinin Avropa çempionluğuna layiq olduğunu qeyd edib: “Qadınlardan ibarət Rusiya yığmasını parlaq qələbə münasibətilə təbrik edirəm. Kişilərin yarışında isə komandamız sona qədər döyüşdü, ancaq bu, kifayət etmədi. Azərbaycan millisi layiqli zəfər qazandı”.

 

Onun paylaşımına qəzəblənən Nepomnyaşi belə bir rəy yazıb: “Çempionluğu əldən verib, özünü necə qalib kimi hiss etməyi öyrətməzsən ki?”

 

Komanda yoldaşının bu sözləri Karyakini ona cavab verməyə vadar edib və o, “Susaraq onlara həsəd apara bilərsən”, - deyə yazıb.

 

Cütlüyün mübahisəsi sonda Nepomnyaşinin geri addım atması ilə yekunlaşıb. 27 yaşlı qrossmeyster həmyaşıdından üzr istəyib və onu əla şahmatçı adlandırıb.

 

Qeyd edək ki, Yunanıstanda keçirilən Avropa çempionatında Azərbaycan millisi 1-ci, Rusiya isə 2-ci yeri tutub.