“Qəbələ”dən qollu heç-heçə

“Qəbələ”dən qollu heç-heçə
12-11-2017 / 17:20 FUTBOL
365

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada verilmiş fasilədən yararlanan klublar yoxlama oyunlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, “Qəbələ” də fürsətdən istifadə edərək sınaq matçı keçirib.

 

“Qırmızı-qaralar” digər Premyer Liqa təmsilçisi “Səbail”lə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçirilmiş oyunda qalib müəyyənləşməyib.

 

İlk hissənin son dəqiqəsində “Qəbələ”də baxışda olan Kevin Penan komandasını hesabda irəli çıxarıb. Qarşılaşmanın ikinci yarısında “Səbail” Aleksandru Popoviçi ilə hesabda tarazlıq yaradıb.

 

Matçda başqa qol olmayıb və sınaq matçı bərabərliklə yekunlaşıb.

 

Yoxlama oyunu

 

“Səbail” – “Qəbələ” – 1:1

Qollar: Aleksandru Popoviçi, 70 – Kevin Penan, 45