“Qarabağ”ın rəqibinin oyunçusu son beşlikdə

“Qarabağ”ın rəqibinin oyunçusu son beşlikdə
12-11-2017 / 18:00 FUTBOL
247

Afrikada ilin futbolçusu adına namizədlərin qısa siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, son olaraq ən yaxşı adına 5 futbolçu mübarizə aparacaq.

 

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi”nin nigeriyalı oyunçusu Viktor Mozes də mükafata iddia edənlərdəndi.

 

Ən yaxşı adına digər namizədlər isə aşağıdakılardır:

 

- Sadio Mane (Seneqal, “Liverpul”)

- Muhammed Salah (Misir, “Liverpul”)

- Nabi Keyta (Qvineya, “Leypziq”)

- Pyer Emerik Obameyanq (Qabon, “Borussiya D.”)

 

Qeyd edək ki, “qara qitə”də ötən ilin ən yaxşı oyunçusu Əlcəzair millisinin üzvü, “Lester”də çıxış edən Riyad Mahrez seçilmişdi.