Haynkes qəti inkar etdi: Belə şey ola bilməz!

Haynkes qəti inkar etdi: Belə şey ola bilməz
12-11-2017 / 19:00 FUTBOL
746

“Bavariya”nın baş məşqçisi Yup Haynkes klubla olan müqaviləsini artırmaq ehtimalları haqqında açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı “Goal.com” nəşrinə açıqlamasında mövzu barəsində danışıb.

 

O, mövsümün sonuna kimi nəzərdə tutulmuş anlaşmasının artırılacağı ilə bağlı sualı belə cavablandırıb: “Xeyr, bu, mümkün deyil. Belə bir şey ola bilməz!”.

 

Qeyd edək ki, 72 yaşlı mütəxəssislə klub arasında hazırkı müqavilə 2017/18 mövsümünün sonuna kimi nəzərdə tutulub. Onun “Bavariya”nın “sükan”ı arxasına keçməsində sonra münhenlilər 7 oyunda 7 qələbə qazanıblar.