Qrizmann PSJ-yə keçmək istəyir

Qrizmann PSJ-yə keçmək istəyir
13-11-2017 / 09:25 FUTBOL
493

“Atletiko”nun hücumçusu Antuan Qrizmann maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı “Telefoot”a istinadən xəbər verir ki, fransalı futbolçu karyerasını ölkəsində davam etdirməyə qarşı deyil.

 

26 yaşlı forvard bildirib ki, Neymar və Kilian Mbappe ilə eyni komandada oynamaq istəyindədi. Bununla da, o, PSJ-yə keçməyə razı olduğuna işarə edib: “Mbappe və Neymarla eyni komandada oynamaq? Əlbəttə ki, istərdim”.

 

Qeyd edək ki, Antuan Qrizmann “Atletiko”ya 2014-cü ildə “Real Sosyedad”dan keçib.