Samir Ələkbərovun son sınağı

Samir Ələkbərovun son sınağı
13-11-2017 / 10:48 FUTBOL
1568

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsində uğursuz çıxış edən yığmamız Kosovo ilə qarşılaşacaq.

 

Keçirdiyi bütün qarşılaşmalarda uduzan komandamız “Dalğa Arena”dakı görüşə ilk xal arzusu ilə çıxacaq. Bu ev matçı baş məşqçi Samir Ələkbərovun postunda son sınağı olacaq.

 

Bu vəzifəyə üç oyunluq gətirilən 49 yaşlı mütəxəssisin sonradan postunda qalması artıq inandırıcı deyil. Çünki Almaniya ilə görüşlərdəki biabırçı məğlubiyyətlərdən (1:6, 0:7) sonra çətin ki, ona etimad göstərilsin.

 

O, millidəki son sınağında da yetirmələrini “uğursuzluq zolağı”ndan çıxmağa kökləyəcək. Lakin heç də pis təsir bağışlamayan və iki qələbəsi olan kosovolular da səfərə xal üçün çıxıb. Son görüşündə İsrailə böyük hesabla uduzan balkanlılar mövqeyini qorumaq və yaxşılaşdırmaq üçün qalib gəlməlidi.

 

Millimiz üçün isə turnir cədvəli baxımından qələbənin faydası olmayacaq. Sonuncu pillədə qalacaq yığmamız sadəcə qonşularına yaxınlaşa bilər.

 

Bu görüş Ələkbərovdan daha çox oyunçular üçün əhəmiyyət kəsb edir. Yenilənəcək komandada yerini qorumaq və baş məşqçi postuna gətiriləcək mütəxəssisin etimadını qazanmaq üçün futbolçular Kosovo ilə qarşılaşmada bacarığını göstərməlidi.

 

Qeyd edək ki, Azərbaycan - Kosovo görüşü noyabrın 14-ü saat 18:00-da başlayacaq

 

21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsi

V qrup

14 noyabr

18:00. Azərbaycan - Kosovo

Baş hakim: Roomer Tarajev

Baş hakimin köməkçiləri: Hannes Reinvald, Neeme Neemlaid

Dördüncü hakim: Eiko Saar (hamısı Estoniya)

Bakı. “Dalğa Arena” stadionu

 

 

1.

İrlandiya

4

3

1

0

8-1

10

2.

Almaniya

4

3

0

1

15-4

9

3.

İsrail

4

2

1

1

7-5

7

4.

Kosovo

5

2

0

3

6-8

6

5.

Norveç

5

1

2

2

5-7

5

6.

Azərbaycan

4

0

0

4

3-19

0