“Ronaldo məndən seks üçün istifadə edib”

“Ronaldo məndən seks üçün istifadə edib”
13-11-2017 / 11:11 FUTBOL
3794

Dünən 4-cü dəfə ata olan Kriştianu Ronaldo ittihamla üzləşib. Apasport.az saytı xəbər verir ki, “Real”ın futbolçusu son övladını dünyaya gətirən Corcina Rodrigesə xəyanət etməkdə günahlandırılıb.

 

Bu məlumatı portuqaliyalı model Nataşa Rodriges açıqlayıb. Məlum olub ki, sevgilisi hamilə olan vaxt Ronaldo onu həmsoyadı ilə aldadıb.

 

Nataşa bu ilin martında Ronaldo ilə birlikdə gecə keçirdiyini deyib: “Kriştianunun sevgilisinin olduğunu bilirdim. Buna baxmayaraq, biz dostlaşdıq. Aramızda həmişə inam olub. Ronaldo xoş insandı. Uzun müddət yazışdıqdan sonra onunla görüşdük. Ronaldo ilə canlı olaraq, üz-üzə gəlmək mənim üçün xoş idi. Birlikdə keçirdiyimiz gecə isə xüsusi oldu. Daha sonra Ronaldoya Portuqaliyada şouya qatılacağımı bildirdim. O məndən fikrimi dəyişməyi xahiş etdi”.

Nataşa Rodriges ulduz futbolçunun ondan istifadə etdiyini desə də, birlikdə keçirdikləri gecəyə görə heyfsilənmədiyini bildirib: “İndi düşünürəm ki, Ronaldo məndən seks üçün istifadə edib. Amma yenə də təəssüflənmirəm. Çünki onunla bir gecə keçirmək mənim arzum idi. Ronaldo həmişə bədənimə valeh olub”.

 

Hazırda 8 aylıq hamilə olduğu bildirilən Nataşa Rodrigesin dünyaya gətirəcəyi uşağın atasının kimliyi isə gizli saxlanılır.