“Onu saxlamasalar, ağılsızlıq olar”

“Onu saxlamasalar, ağılsızlıq olar”
13-11-2017 / 13:32 FUTBOL
1017

Xorvatiya yığmasının kapitanı Luka Modriç maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, Madrid “Real”ının futbolçusu millinin hazırkı çalışdırıcısı Zlatko Daliç haqda danışıb.

 

O bildirib ki, xorvatlar dünya çempionatının final mərhələsinə başqa mütəxəssisin rəhbərliyi altında qatılsalar, bu, düzgün olmaz: “Daliç komandanı mundiala daşıdı. Onun dünya çempionatında postunda saxlanılmaması ağılsızlıq olar. Daliç böyük iş görüb. Sabiq baş məşqçimiz Çaçiçə də təşəkkür etmək istəyirəm. Müsbət nəticəyə bir yerdə nail olduq. Əsas odu ki, Xorvatiya yığması mundialda olacaq”.

 

Qeyd edək ki, Xorvatiya millisinin dünya çempionatının final mərhələsinə başqa məşqçinin rəhbərliyi altında qatılacağı haqda xəbərlər yayılıb.