“Dünya çempionatından kənarda qalsaq, faciə olacaq”

“Dünya çempionatından kənarda qalsaq, faciə olacaq”
13-11-2017 / 16:07 FUTBOL
619

“Milan”ın və “Yuventus”un sabiq baş məşqçisi, hazırda Çinin “Tszyansu Sunin” klubunu çalışdıran Fabio Kapello maraqlı açıqlama verib. Apasport.az saytı xəbər verir ki, o, İtaliya yığmasının dünya çempionatına vəsiqə qazanmaq şansını dəyərləndirib.

 

O, pley-off mərhələsinin ilk görüşündə İsveçə uduzan (0:1) “Skuadra Adzurra”nın bu gün baş tutacaq cavab matçında lazımi nəticəni qazanmalı olduğunu bildirib: “İtaliya millisi dünya çempionatına vəsiqə qazana bilməsə, faciə olacaq. Yığmamızın sonuncu dəfə - 1958-ci hansı səbəbdən mundiala yollana bilmədiyi yadımda deyil. Onda 12 yaşım var idi. Hazırda Çində çalışsam da, millinin oyunlarına baxmaq üçün gecə saat 3-də yuxudan oyanıram”.

 

Kapellonun fikrincə, “Skuadra Adzurra”nı hazırda işsiz olan Karlo Ançelotti çalışdırmalıdı: “İtaliya yığmasında işləmək? Mən artıq milli komandalarda öz borcumu yerinə yetirmişəm. Artıq növbə Ançelottinindi. O, yığmanı çalışdıracaq yaşda və təcrübədədi”.