Ən yaxşı adına 5 namizəd

Ən yaxşı adına 5 namizəd
13-11-2017 / 18:46 FUTBOL
359

Böyük Britaniyanın nüfuzlu BBC şirkəti Afrikanın ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu mükafata 5 futbolçu iddia edir.

 

Bunlar “Liverpul”un hücumçuları misirli Mohamed Salah və seneqallı Sadio Mane, həmçinin qabonlu Pyer-Emerix Obameyanq (“Borussiya” D), qvineyalı Nabi keyta (“Leypsiq”) və nigeriyalı Viktor Mozesdi (“Çelsi”).

 

Afrikanın ən yaxşı futbolçusunun adı dekabrın 11-də açıqlanacaq.