“Komanda yoldaşlarımdan kimsə məni tənqid etsə...” – Edin Ceko

“Komanda yoldaşlarımdan kimsə məni tənqid etsə...” – Edin Ceko
13-11-2017 / 23:00 FUTBOL
1355

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma”nın hücumçusu Edin Dzeko maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bosniyalı oyunçu komandasının A seriyasındakı çempionluq şansları haqqında danışıb.

 

“Məncə, əsas favorit “Yuventus”dur. Çemopionluq uğrunda daha çox komanda yarışsa da, turinlilər bir addım öndədirlər. Mənim isə “Roma”da titul qazanmaq üçün hələ iki ilim də var” – deyə hücumçu bildirib.

 

Dzeko son vaxtlar tez-tez tənqid olunmasını da şərh edib: “Məni komanda yoldaşlarımdan kimsə tənqid etsə, bu barədə ciddi düşünərəm. Lakin bəzi insanlar məni tanımadan, bilmədən tənqid edirlər. Bu söhbətlərə fikir vermirəm. Messi və Ronaldo kimi futbolçular ardıcıl iki oyunda qol vurmasa, hamı onların böhranda olduğu barədə danışmağa başlayacaq. Lakin biz robot deyilik, biz də insanıq və bizim də yüksəliş və eniş dövrlərimiz olur”.

 

Qeyd edək ki, Dzeko cari mövsümdə şans qazandığı 15 oyunda 10 qol vurub. O, Bakıda keçirilmiş “Qarabağ” - “Roma” matçında (1:2) komandasının qollarından birinə imza atmışdı.